COP29

"İstədiyimiz son şey onunla risk etməyimizdir"

2 Oktyabr 21:40 İspaniya 239
"İstədiyimiz son şey onunla risk etməyimizdir"

“Real”ın baş məşqçisi Karlo Ançelotti hücumçusu Killian Mbappenin bərpası haqda danışıb.

Sportinfo.az xəbər verir ki, o, deyib:

“Mbappe keyfiyyətlə və tez bərpa oldu. Dünən individual şəkildə məşq etdi.

Killian çox məşq buraxmayıb, ona görə formasını itirməyib.

Bu gün Mbappe bizimlə məşq edəcək və biz onun durumunu qiymətləndirəcəyik. İstədiyimiz son şey onunla risk etməyimizdir”.

Killian Mbappe bu mövsüm “Real”ın heyətində 9 oyuna çıxaraq 7 qol vurub və 1 qolun ötürməsini edib.

25 yaşlı fransalı futbolçuda sentyabrın sonunda sol ayağın biseps əzələsinin zədələnməsi aşkarlanıb.

Digər Xəbərlər
Xəbər Lenti
2 Oktyabr 18:10 Çək və bizə göndər!
2 Oktyabr 02:50 Yığmamız ruslara uduzdu