COP29

“Barselona” yeni müqavilə imzaladı, yarım milyard avro qiymət qoydu

10:00 İspaniya 146
“Barselona” yeni müqavilə imzaladı, yarım milyard avro qiymət qoydu

“Barselona” Mark Bernalla yeni müqavilə imzalayıb.

Sportinfo.az klubun saytına istinadən xəbər verir ki, 17 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddəti 2026-cı ilin iyununa kimi uzadılıb.

Sözləşməni daha 3 il uzatmaq imkanı var. Ona 500 milyon avro təzminat qiyməti qoyulub.

Нrımmüdafiəçi əsas komandada İspaniya çempionatının ilk turunda “Valensiya” ilə matçda debüt edib, daha sonra “Atletik Bilbao” və “Rayo Valyekano” ilə görüşlərdə iştirak edib.

Son matçdan sonra futbolçuya ön çarpaz bağın və xarici meniskinin zədələnməsi diaqnozu qoyulub və o, əməliyyat olunub. Bernallın gözlənilən sağalma müddəti 12 aydır.

Digər Xəbərlər
Xəbər Lenti
1 Oktyabr 08:50 Azərbaycanda 32-ci komanda