“Barselona”nın sabiq futbolçusu Andreas İnyesta gələcəyi ilə bağlı qərar verib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, son olaraq Birləşmiş Əmirliklərinin “Emireyts” klubunda çıxış etmiş yarımmüdafiəçi karyerasını başa vurur.
40 yaşlı futbolçu geyindiyi 8 nömrəli formaya görə 8 oktyabr tarixində peşəkar futbolla vidalaşacağını bildirib.
İnyesta “Barselona”nın yetirməsidir. İspaniyalı yarımmüdafiəçi 2018-2022-ci illər ərzində Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 674 rəsmi matçda 57 qol və 135 məhsuldar ötürmə ilə yadda qalıb.
İnyesta “Barselona”dan ayrıldıqdan sonra 5 il Yaponiyanın “Vissel Kobe” klubunun formasını geyinib. O, İspaniya millisinin heyətində keçirdiyi 131 oyunda 14 qol vurub, 30 məhsulda ötürmə verib.
İnyesta yığma komanda ilə dünya və Avropa çempionu olub.