COP29

Qışda müdafiəçisini satmağı planlaşdırır – “Barselona”

18:20 İspaniya 113
Qışda müdafiəçisini satmağı planlaşdırır – “Barselona”

“Barselona” heyətini formalaşdırmaq üçün planlar qurur. Hazırda vəziyyət belədir ki, yeni gələnlərlə müqavilə bağlamaq üçün kataloniyalılar kiminləsə yollarını ayırlmalıdır.

Sportinfo.az “TodoFichajes”-ə istinadən xəbər verir ki, “Barsa” qış transfer pəncərəsində müdafiəçi Andreas Kristenseni satmağı planlaşdırır.

28 yaşlı Kristensen mövsümün əvvəlində zədələnib və o vaxtdan bəri meydana çıxmayıb. Danimarkalı futbolçunun qış transferinin qiyməti təxminən 30 milyon avro ola bilər.

Kristensen “Barselona”nın heyətində 75 rəsmi oyun keçirib, 4 qol vurub və 3 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
30 Sentyabr 19:20 Mahir Emreli 3 ad çəkdi