COP29

Təhqir etdilər, matç yarımçıq dayandı – Qalmaqallı derbidən VİDEO

16:20 İspaniya 215
Təhqir etdilər, matç yarımçıq dayandı – Qalmaqallı derbidən VİDEO

İspaniya çempionatının 8-ci turunda “Atletiko” və “Real” arasında baş tutan Madrid derbisində qalmaqal yaşanıb.

Sportinfo.az xəbər verir ki, komandalar arasındakı gərginliyə azarkeşlər səbəb olub.

Belə ki, “Atletiko” tərəfdarları oyundan öncə rəqib futbolçular Tibo Kurtua, Cudo Belingem və Vinisius Junior əleyhinə şüarlar səsləndiriblər. Onlar futbolçuları təhqir ediblər.

Bunun nəticəsi olaraq “Real” qol vurduqdan sonra “kral klubu”nun qapıçısı üzünü azarkeşlərə tutaraq çılğıncasına sevinib.

Nəticədə yerli azarkeşlər qapıçıya yad əşyalar atmağa başlayıb. Bundan sonra isə oyunda fasilə yaranıb. Matçın baş hakimi qarşılaşmanı müvəqqəti təxirə salıb.

Lakin sonradan matç bərpa olunub və “Atletiko” Anhel Korrea ilə 90+6-cı dəqiqədə hesabı bərabərləşdirib.

Onlar qoldan sonra azarkeşləri ilə qələbəni rəqslə qeyd ediblər.

Digər Xəbərlər
Xəbər Lenti