COP29

“Mən bu qərarı çox diqqətlə qəbul etdim, məsləhətləşdim, dedilər ki…”

27 Sentyabr 22:00 İspaniya 226
“Mən bu qərarı çox diqqətlə qəbul etdim, məsləhətləşdim, dedilər ki…”

“Atletiko”nun yeni hücumçusu Xulian Alvares yay transfer pəncərəsində “Mançester Siti”dən keçidi haqda danışıb.

Sportinfo.az ESPN-ə istinadən xəbər verir ki, argentinalı futbolçu bu qərarı çox diqqətlə qəbul etdiyini bildirib:

“Mən bu qərarı çox diqqətlə qəbul etdim. Mənə yaxın olan bir çox insanlarla məsləhətləşdim, dedilər ki, özünü “Atletiko”da rahat hiss edəcəksən.

Antuan Qrizmann dedi ki, komandanın inanılmaz azarkeşləri var, onlara mütləq aşiq olacaqsan”.

24 yaşlı forvard Madrid klubuna 75 milyon avro+20 milyon bonus qarşılığında keçib. Tərəflər arasındakı müqavilə 2030-cu ilin ortalarına qədər qüvvədədir.

Digər Xəbərlər
Xəbər Lenti