COP29

UEFA 10 min avro cərimə kəsdi - Nasist şüarına görə

27 Sentyabr 18:20 İspaniya 440
UEFA 10 min avro cərimə kəsdi - Nasist şüarına görə

Çempionlar Liqasının ilk turunda səfərdə “Monako”ya 1:2 hesabı ilə məğlub olan “Barselona”nın azarkeşlərinin olduğu sektorda qadağan olunmuş pankart görünüb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bu, bir sözü “Barsa”nın almaniyalı baş məşqçisi Hans-Diter Flikin adı ilə əvəz etməklə dəyişdirilmiş olsa da, nasist şüarını əks etdirib.

UEFA “Barselona”nı 10 min avro cərimə ilə cəzalandırmaq qərarına gəlib. Bundan əlavə, kataloniyalılar Çempionlar Liqasında növbəti səfər matçına bilet sata bilməyəcəklər.

“Barselona” Çempionlar Liqasında növbəti səfər matçını noyabrın 6-da “Srvena Zvezda”ya qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti