COP29

“Heç vaxt müdafiəyə çəkilmir, bunu etmək onun üçün çətindir” – MƏSLƏHƏT

27 Sentyabr 02:00 İspaniya 208
“Heç vaxt müdafiəyə çəkilmir, bunu etmək onun üçün çətindir” – MƏSLƏHƏT

PSJ-nin baş məşqçisi Luis Enrike komandanın keçmiş hücumçusu Kilian Mbappe haqqında fikirlərini bölüşüb.

Sportinfo.az AS-a istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı, Mbappenin heç vaxt müdafiəyə çəkilmədiyini bildirib:

“Mbappe heç vaxt müdafiəyə çəkilmir, bunu etmək onun üçün çətindir. Amma o, hər mövsüm 25 qol vurur və 15 məhsuldar ötürmə edir.

Baş məşqçi (“Real”ın çalışdırıcısı Karlo Ançelotti) onu öz sisteminə uyğunlaşdırmalıdır”.

Mbappe uzun müddət Paris nəhəngində çıxış edib və yayda azad agent kimi “Real”a keçib. 25 yaşlı fransalı hücumçu “kral klubu” ilə 5 illik müqavilə imzalayıb.

Digər Xəbərlər
Xəbər Lenti