COP29

Karlo Ançelotti “Real”ın sükanı arxasında 300-ə çatdı - FOTO

26 Sentyabr 21:40 İspaniya 218
Karlo Ançelotti “Real”ın sükanı arxasında 300-ə çatdı - FOTO

İtaliyalı baş məşqçi Karlo Ançelotti “Real Madrid”in sükanı arxasında 300-cü oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, o, buna La Liqanın 7-ci turunun “Alaves”lə (3:2) oyunda nail olub.

İtaliyalıya bu rəqəmə çatmaq üçün 6 mövsüm kifayət edib. Ançelottinin rəhbərliyi altında “kral klubu” 300 matçda 216 qələbə qazanıb, 39 dəfə məğlub olub. Görüşlərin 45-i isə heç-heçə nəticələnib.

Onun göstəriciləri Madrid klubu tarixində ikincidir. Matçların sayına görə lider Migel Munyosdur - 605 oyun (1959, 1960-1974).

Ançelotti 2013-2015-ci illərdə də “Real”ı çalışdırıb.

Digər Xəbərlər
Xəbər Lenti