COP29

Paytaxt klubunun təklifinə “yox” dedi - İşsiz Xavi

24 Sentyabr 15:40 İspaniya 757
Paytaxt klubunun təklifinə “yox” dedi - İşsiz Xavi

Daniele de Rossinin komandanın baş məşqçisi postundan istefa verməsindən sonra “Roma” bir neçə mütəxəssislə danışıqlar aparıb.

Sportinfo.az “Corriere dello Sport”-a istinadən xəbər verir ki, söhbət Xavi Hernandes, Stefano Pioli və Françesko Fariolidən gedir.

“Roma” bu mütəxəssislərlə danışıqlar aparsa da, onların hamısından rədd cavabı alıb.

Nəticədə paytaxt komandasını “Udineze” ilə matça İvan Yuriç çıxarıb. Onun rəhbərliyi altında komanda 3:0 hesablı qələbə qazanıb.

“Roma” İtaliya çempionatının 5 turundan sonra 6 xal toplayaraq, turnir cədvəlində 11-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti