COP29

"Mən həmişə ona heyran olmuşam" - Düz sözə nə deyəsən?

24 Sentyabr 12:20 İspaniya 380
"Mən həmişə ona heyran olmuşam" - Düz sözə nə deyəsən?

“Real”ın keçmiş müdafiəçisi Naço Fernandes liderlik keyfiyyətlərini kimdən öyrəndiyini deyib.

Sportinfo.az “Relova”-ya istinadən xəbər verir ki, ispaniyalı futbolçu, həmişə Serxio Ramosa heyran olduğunu bildirib:

“Bu illər ərzində öyrəndiyim lider? Mən həmişə Serxio Ramosa heyran olmuşam.

Yalnız oynamaq üçün deyil, həm də, liderlik keyfiyyətləri və həmişə qalib gəlmək istəyi üçün. O, həmişə ən yaxşı olmaq istəyirdi”.

Naço “Real”la 6 Çempionlar Liqası, eləcə də bir çox yerli kuboklar qazanıb. “Kral klubu”nun keçmiş kapitanı yayda azad agent kimi Səudiyyə Ərəbistanının “Əl-Qadisiya” klubuna keçib.

Digər Xəbərlər
Xəbər Lenti