COP29

Gələn yay üçün 2 transfer hədəfi var - “Barselona”nın

23 Sentyabr 01:40 İspaniya 309
Gələn yay üçün 2 transfer hədəfi var - “Barselona”nın

“Barselona” heyətini gücləndirməyi planlaşdırır.

Sportinfo.az “TodoFichajes”-ə istinadən xəbər verir ki, Almaniya millisinin iki oyunçusu Kataloniya klubunun “radar”ındadır – müdafiəçi Conatan Ta və yarımmüdafiəçi Coşua Kimmix. “Barsa” gələn yay bu oyunçuları almağa cəhd edə bilər.

28 yaşlı Ta ilə 29 yaşlı Kimmixin müvafiq olaraq Leverkuzen “Bayer”i və “Bayern”lə cari müqavilələri 2025-ci ilin ortalarına qədərdir.

Belə olan halda, “Barselona” bu oyunçuları azad agent kimi əldə edə bilər.

“Barselona” 5 turdan sonra İspaniya çempionatında maksimum xal (15) toplayaraq, turnir cədvəlinə başçılıq edir.

Digər Xəbərlər
Xəbər Lenti