COP29

Baş hakimin xəbərdarlığına kobud reaksiya verdi: “Bu nə axmaqlıqdır!”

23 Sentyabr 01:30 İspaniya 264
Baş hakimin xəbərdarlığına kobud reaksiya verdi: “Bu nə axmaqlıqdır!”

“Real”ın yarımmüdafiəçisi Çud Bellingem “Espanyol”la matçda baş hakimin xəbərdarlığına kobud reaksiya verib.

Sportinfo.az “Marca”-ya istinadən xəbər verir ki, hadisə matçın ikinci hissəsində baş verib.

Bellingem qeydə alınmamış qayda pozuntusuna etiraz etdiyi üçün sarı vərəqə ilə cəzalandırılıb. Xəbərdarlıqdan sonra ingilis futbolçu bunu deyib:

“Bu nə axmaqlıqdır!”

Qarşılaşma 4:1 hesabı ilə Madrid klubunun qələbəsi ilə yekunlaşıb. Bellingem ikinci hissədə əvəz olunub.

Digər Xəbərlər
Xəbər Lenti