COP29

“Qol vurursansa, bu, yaxşıdır, qol vurmursansa, problemin var"

18 Sentyabr 18:40 İspaniya 178
“Qol vurursansa, bu, yaxşıdır, qol vurmursansa, problemin var"

“Real”ın müdafiəçisi Antonio Rüdiger komanda yoldaşı Endrikin çıxışından danışıb.

Sportinfo.az “Goal”-a istinadən xəbər verir ki, almaniyalı futbolçu, Endirikin çox çalışdığını bildirib:

“Qol vurursansa, bu, yaxşıdır, qol vurmursansa, problemin var. İndiki vəziyyət onu göstərir ki,

Endrik öz yaşına görə böyük şəxsiyyətə malikdir. O, çox çalışır, daha inamlı olur və oyuna alışır. Bəli, biz ondan daha çox qol istəyirik”.

18 yaşlı hücumçu dünən UEFA Çempionlar Liqasında “Ştutqart”la matçda əvəzetmədən meydana daxil olub və qol vurub.

“Kral klubu” 3:1 hesabı ilə qalib gəlib. Rüdiger özü də karyerasının əvvəlində çıxış etdiyi “Ştutqart”la qarşılaşmada qolla yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:50 Bu oyunda favorit sənsən!