COP29

Deyirlər ki, onu gözdən salmaq üçün kampaniya aparırlar

18 Sentyabr 10:20 İspaniya 345
Deyirlər ki, onu gözdən salmaq üçün kampaniya aparırlar

Sportinfo.az AS-a istinadən xəbər verir ki, “Barselona”nın sabiq baş məşqçisi Xavi keçmiş klubunun hərəkətlərindən narazıdır.

Xavi və ailəsi hesab edir ki, kataloniyalılar onu gözdən salmaq üçün kampaniya aparırlar.

Məsələn, yarımmüdafiəçi Pedrinin son sözləri Xavinin xoşuna gəlməyib. O, bildirib ki, yeni məşqçilər heyəti ilə komanda fiziki cəhətdən daha yaxşı işləyir, ona görə də matçlarda 70-ci dəqiqədən sonrakı sürət azalmır.

Xavi fiziki göstəricilərə əsaslanaraq bu fikri ədalətsiz hesab edir. İspaniyalı mütəxəssis klubun düşərgəsindən gələn digər mesajlardan da narazıdır.

“Barselona” La Liqada keçirdiyi ilk 5 matçda 5 qələbə qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:50 Bu oyunda favorit sənsən!