“Barselona”nın keçmiş baş məşqçisi Kike Setyen etiraf edib ki, Kataloniya klubu hələ də onun maaşını ödəyir.
Sportinfo.az “Barca Universal”-a istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı “Barselona”nın ona bu ay 4 ildən sonra son ödəməni edəcəyini bildirib:
“Barselona” hələ də mənə borclarının hamısını ödəməyib. Onlar bu ay mənə 4 il sonra son ödəməni edəcəklər”.
Setyen 2020-ci ilin yanvar-avqust aylarında “Barsa”ya rəhbərlik edib.
Hazırda 65 yaşı olan Setyen işsizdir. Onun son komandası 2023-cü ilin sentyabrında tərk etdiyi “Vilyarreal” olub.