COP29

“Bir oyunçunun əhəmiyyəti yoxdur” - Mbappenin yaratdığı təhlükədən danışdı

17 Sentyabr 18:20 İspaniya 588
“Bir oyunçunun əhəmiyyəti yoxdur” - Mbappenin yaratdığı təhlükədən danışdı

Sportinfo.az “Stake”-ə istinadən xəbər verir ki, “Mançester Siti”nin sabiq forvardı Serxio Aquero “Real”ın hücumçusu Kilian Mbappe haqqında danışıb.

Argentinalı keçmiş hücumçu belə qənaətə gəlib ki, Mbappenin Madrid klubuna keçidi digər komandalar üçün təhlükəni artırıb:

“Mbappenin “Real”a keçidi digər komandalar üçün daha çox təhlükə yaradıb. Məncə, o, La Liqanın bombardiri adına iddialıdır.

Ancaq bir oyunçunun əhəmiyyəti yoxdur. Əhəmiyyətli olan komandadır”.

Fransalı forvard “Real”ın heyətində 6 oyun keçirib, 4 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:50 Bu oyunda favorit sənsən!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM