COP29

Azad agent olan futbolçunu transfer etməkdə maraqlıdır

17 Sentyabr 01:40 İspaniya 345
Azad agent olan futbolçunu transfer etməkdə maraqlıdır

“Tottenhem”in sabiq yarımmüdafiəçisi Dele Alli karyerasını İspaniya çempionatında davam etdirə bilər.

Sportinfo.az “Todofichajes”-ə istinadən xəbər verir ki, “Betis” 28 yaşlı azad agent olan futbolçunu transfer etməkdə maraqlıdır.

Əndəluslular ingiltərəli oyunçunu zədəli portuqaliyalı futbolçu Uilyam Karvalyonun əvəzləyicisi kimi nəzərdən keçirirlər.

“Betis” İspaniya çempionatının 4 turundan sonra 5 xal toplayıb və turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.

Komanda növbəti matçını sentyabrın 18-də doğma meydanda “Xetafe”yə qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:50 Bu oyunda favorit sənsən!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 11:00 Xeyir və uğur bundadır!