COP29

“Bəlkə də qələbəyə layiq deyildik, yalnız yekun nəticə məni qane edir”

16 Sentyabr 18:20 İspaniya 278
“Bəlkə də qələbəyə layiq deyildik, yalnız yekun nəticə məni qane edir”

“Real”ın baş məşqçisi Karlo Ançelotti İspaniya çempionatının 5-ci turunda “Real Sosyedad”la oyundan sonra jurnalistlərə açıqlama verib.

Onun yetirmələri 2:0 hesabı ilə qalib gəlib. Qolları Vinisius Junior və Klian Mbappe vurub.

Sportinfo.az “Marca”-ya istinadən xəbər verir ki, italiyalı çalışdırıcı çətin matç olduğunu bildirib:

“Bizim üçün çətin matç oldu. Bəlkə də rəqib yaxşı oynadığı üçün qələbəyə layiq deyildik.

Deyə bilərəm ki, yalnız yekun nəticə məni qane edir. Tənqid sonra gələcək.

İndi komanda hələ yüz faiz hazır deyil, lakin fərdi qaydada futbolçular təkmilləşir”.

Madrid komandası 11 xalla İspaniya çempionatının turnir cədvəlində 2-ci yerdədir.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:50 Bu oyunda favorit sənsən!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 11:00 Xeyir və uğur bundadır!