COP29

Madriddə yeni klub açacaq - Yaxınlarda karyerasını başa vuran ulduz

15 Sentyabr 17:20 İspaniya 512
Madriddə yeni klub açacaq - Yaxınlarda karyerasını başa vuran ulduz

“Real”ın və Almaniya millisinin sabiq oyunçusu Toni Kroos Madriddə uşaq futbol klubu açacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə “Marca” yazıb.

Kroosun Madrid Futbol Federasiyası və “Encinas de Boadilla klubu”nun rəsmiləri ilə danışdığı bildirilib.

Klub futbolçunun adını daşıyacaq.

Toni Kroos peşəkar karyerasında son matçı 2024-cü il Avropa çempionatının 1/4 finalında İspaniyaya qarşı keçirib. O, bu matçdan sonra karyerasını başa vurub.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:50 Bu oyunda favorit sənsən!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 11:00 Xeyir və uğur bundadır!