COP29

“Ona yaxşı müqavilə təklif etdik, başqa istiqamətə getməyə qərar verdi”

14 Sentyabr 22:00 İspaniya 546
“Ona yaxşı müqavilə təklif etdik, başqa istiqamətə getməyə qərar verdi”

“Barselona”nın idman direktoru Deku yayda “Çelsi”yə keçən hücumçu Mark Giu haqda danışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunları deyib:

“Giu? “Çelsi” sərbəst buraxılma məbləğini ödədi, buna görə də, o, getdi. Onun klubla müqaviləsi var idi və sərbəst qalma məbləği 6 milyon avro idi.

Biz ona yaxşı müqavilə və yaxşı layihə təklif etdik, lakin o, başqa istiqamətə getməyə qərar verdi”.

Giu ötən mövsüm “Atletik”lə ilk oyunda “Barselona”nın heyətində debüt qolunu vurmuşdu. O, Premyer Liqanın ilk üç turunda “Çelsi”nin heyətində heç vaxt start heyətində meydana çıxmayıb.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:00 Bütün komanda “tikir”?