COP29

“Messi heç vaxt “Barselona”dan ayrılmaq istəmirdi” - “Real”da oynaya bilərmiş

12 Sentyabr 00:00 İspaniya 510
“Messi heç vaxt “Barselona”dan ayrılmaq istəmirdi” - “Real”da oynaya bilərmiş

Argentina millisinin üzvü Lionel Messi Madrid “Real”ında da çıxış edə bilərmiş.

Sportinfo.az xəbər verir ki, bunu ulduz futbolçunun ilk agenti Horasio Qaqqoli açıqlayıb.

Onun sözlərinə görə, Messi 16-17 yaşlarında “kral klubu”ndan təklif alıb: “Real” gənc yaşlarında onunla maraqlanırdı.

Lakin Leo heç vaxt “Barselona”dan ayrılmaq istəmirdi. “Arsenal”dan da təklif gəlmişdi. Sadəcə, futbolçunun qalmaq qərarı qəti idi”.

Lionel Messi 2000-ci ildə - 13 yaşında “Barselona” akademiyasına cəlb olunub. 36 yaşlı futbolçu hazırda “İnter Mayami”nin formasını geyinir.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:00 Bütün komanda “tikir”?
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 10:40 Razı qalacaqsız…
17 Sentyabr 03:20 Rus qızı Marina Gəncədə
16 Sentyabr 23:20 Varmı mənə kəm baxan?