COP29

Məşhur hücumçu qalmaqallı açıqlama verdi, nazir işə qarışdı

8 Sentyabr 2024 20:50 İspaniya 600
Məşhur hücumçu qalmaqallı açıqlama verdi, nazir işə qarışdı

“Real Madrid”in hücumçusu Vinisius Junior İspaniyada irqçilik problemi həll olunmadığı təqdirdə, bu ölkənin 2030-cu ildə keçiriləcək dünya çempionatına ev sahibliyi hüququndan məhrum edilməli olduğunu deyib.

Sportinfo.az “RMC Sport”a istinadən xəbər verir ki, İspaniyanın daxili işlər naziri Fernando Qrande-Marlaska dərhal Vinisiusun sözlərinə reaksiya verib.

“Onu deyə bilərəm ki, müxtəlifliyə hörmət bizim DNT-mizin bir hissəsidir. Buna görə biz istənilən ayrı-seçkiliyə qarşı effektiv və birbaşa mübarizə aparırıq.

Bu, İspaniya hökumətinin və Daxili İşlər Nazirliyinin prioritetlərindən biridir. Bizim idman sahəsində narahatlıqlarımız var və bu yöndə mübarizəmizi davam etdiririk”, - nazir bildirib.

Braziliyalı vinger İspaniyada bir neçə dəfə irqçiliklə üzləşib.

Digər Xəbərlər
Xəbər Lenti
14 Yanvar 02:30 Toyundan FOTOLAR paylaşdı