COP29

Niderlandlı hücumçuya 400 min avroluq təklif - Braziliya klubundan

5 Sentyabr 00:00 İspaniya 733
Niderlandlı hücumçuya 400 min avroluq təklif - Braziliya klubundan

Memfis Depay “Atletiko”dan ayrıldıqdan sonra hələ də azad agent statusundadır.

Niderlandlı hücumçu karyerasını Braziliyada davam etdirə bilər.

Sportinfo.az UOL-a istinadən xəbər verir ki, 30 yaşlı Depay indi “Korintians”ın təklifini nəzərdən keçirir. Braziliya klubu Depaya aylıq 400 min avro maaş təklif edib.

Depay əvvəllər PSV, “Mançester Yunayted”, “Lion”, “Barselona” və “Atletiko” kimi klublarda çıxış edib.

Mətbuat daha əvvəl Depayla “Rayo Valyekano” və “Komo” klublarının maraqlandığını yazmışdı.

Digər Xəbərlər
Xəbər Lenti