COP29

“Baş məşqçimizdən və hazırda malik olduğumuz oyunçu seçimindən razıyıq"

3 Sentyabr 21:40 İspaniya 359
“Baş məşqçimizdən və hazırda malik olduğumuz oyunçu seçimindən razıyıq"

“Barselona”nın prezidenti Xuan Laporta komandanın hazırkı tərkibini və məşqçilər heyətini dəyərləndirib.

Sportinfo.az Kataloniya klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, o, baş məşqçidən və hazırda malik olduqları oyunçu seçimindən razı qaldıqlarını bildirib:

“Baş məşqçimizdən və hazırda malik olduğumuz oyunçu seçimindən razıyıq. Biz fəxr edirik ki, La Masia layihəmizin əsas hissəsidir”.

“Barselona” son oyunda “Valyadolid”i qəbul edib. Hans-Diter Flikin yetirmələri 7:0 hesablı qələbəni bayram ediblər.

Kataloniyalılar 4 turdan sonra 12 xalla İspaniya La Liqasının turnir cədvəlində vahid liderdir.

Digər Xəbərlər
Xəbər Lenti