COP29

Bu 3 müdafiəçidən birini transfer edəcək? - “Barselona”

2 Sentyabr 10:20 İspaniya 2 181
Bu 3 müdafiəçidən birini transfer edəcək? - “Barselona”

“Barselona” danimarkalı müdafiəçi Andreas Kristensenin zədəsindən sonra müdafiə xəttini gücləndirəcək futbolçu axtarır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubu azad agentlərdən birini nəzərdən keçirməyə hazırdır.

Klub üçün mümkün variantlar arasında üç müdafiəçinin adı var: Mats Hummels, Mario Hermoso və Joel Matip. Bu üçlükdən birinin heyətə qoşulması mümkündür.

“Barselona” İspaniya çempionatının yeni mövsümünə uğurlu start verib. Kataloniyalıların 12 xalı var və turnir cədvəlində birinci yerdədir. Son matçda komanda “Valyadolid”i 7:0 hesabı ilə darmadağın edib.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 16:30 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM