COP29

"Bu mövsüm mənim üçün önəmlidir, zirvədə olmaq istəyirəm"

2 Sentyabr 01:40 İspaniya 243
"Bu mövsüm mənim üçün önəmlidir, zirvədə olmaq istəyirəm"

“Barselona”nın hücumameyilli yarımmüdafiəçisi Rafinya Dias komandasının “Valyadolid” üzərində 7:0 hesablı qələbəsindən sonra açıqlama verib.

Sportinfo.az “Marca”-ya istinadən xəbər verir ki, braziliyalı futbolçu komandasının qələbə qazanmasına kömək etdiyi üçün xoşbəxt olduğunu bildirib:

“Bu, karyeramın ən yaxşı oyunlarından biri idi. İlk het-trikimi etdim, komandanın qələbə qazanmasına kömək etdiyim üçün çox xoşbəxtəm.

Bu mövsüm mənim üçün önəmlidir, zirvədə olmaq istəyirəm. Komandamız hər zaman çox qol vurmağa çalışır”.

Kataloniya klubu İspaniya çempionatının dörd turundan sonra 12 xal toplayıb. Hans-Diter Flikin yetirmələri beşinci yerdə olan “Real”ı 7 xal qabaqlayaraq, birinci yerdədir.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 16:30 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM