COP29

"Bunlar xırda şeylərdir, bizə daha çox təsir edən o idi ki..."

31 Avqust 18:40 İspaniya 2 008
"Bunlar xırda şeylərdir, bizə daha çox təsir edən o idi ki..."

“Real”ın baş məşqçisi Karlo Ançelotti İspaniya La Liqasının turnir cədvəlində “Barselona” ilə 4 xallıq fərqdən danışıb.

Sportinfo.az “Marca”-ya istinadən xəbər verir ki, italiyalı çalışdırıcı bunların xırda şeylər olduğunu bildirib:

“Bunlar xırda şeylərdir, bizə daha çox təsir edən o idi ki, ən yaxşı şəkildə oynamadıq. Mövsüm çox uzundur, amma matçları yaxşı keçirmədiyimiz üçün 4 xal geridəyik.

Belə bir vəziyyət bizə təzyiq yaradır? Qətiyyən yox, biz bu problemi yavaş-yavaş həll edəcəyik”.

İspaniya çempionatının üç turundan sonra katalonlar 9 xal toplayıb və 1-ci yerdədirlər. Madrid klubu 5 xal qazanaraq 4-cü pillədə qərarlaşıb.

Ançelottinin yetirmələri La Liqanın 4-cü turunda “Betis”lə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti