COP29

Səudiyyə Ərəbistanı klubu ilə danışıqlar aparır - Serxio Ramos

29 Avqust 21:40 İspaniya 267
Səudiyyə Ərəbistanı klubu ilə danışıqlar aparır -  Serxio Ramos

Serxio Ramos 2023/24 mövsümünün sonunda “Sevilya”dan ayrıldı.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı Səudiyyə Ərəbistanına köçməyə hazırlaşır.

Belə ki, 38 yaşlı müdafiəçi “Əl-Oruba” klubu ilə danışıqlar aparmağa razılaşıb. Bu komanda ötən mövsümün sonunda yüksək liqaya yüksəlib.

“Əl-Oruba” Səudiyyə Ərəbistanı çempionatında yaxşı start götürməyib. Komanda keçirdiyi hər iki matçda 1:4 hesablı məğlubiyyətə üzülüb.

Ramos uzun müddət Avropada çıxış etdikdən sonra indi özünü Yaxın Şərqdə sınayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 22:40 "Sabah" icarəyə verdi