COP29

“Onun gəlişi ilə komandada dəyişiklər olacağını bilirdim”

28 Avqust 12:20 İspaniya 1 693
“Onun gəlişi ilə komandada dəyişiklər olacağını bilirdim”

“Barselona”nın yarımmüdafiəçisi Pedri İspaniya çempionatının 3-cü turunda səfərdə “Rayo Valyekano” üzərində qazandıqları qələbədən sonra Dani Olmonun çıxışından danışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu, Olmonu millidəki işindən yaxşı tanıdığını bildirib:

“Olmonun gəlişi ilə komandada dəyişikliklər olacağını bilirdim. Mən onu İspaniya millisindəki işindən yaxşı tanıyıram və onunla birlikdə komandamızı çox yaxşı şeylər gözləyir. Dani yaxşı oynayır”.

Qarşılaşma 2:1 hesabı ilə Kataloniya klubunun xeyrinə başa çatıb. Olmo bu matçda qol vurub.

“Barselona” 3 turdan sonra 9 xal toplayıb və La Liqanın turnir cədvəlinə başçılıq edir.

Digər Xəbərlər
Xəbər Lenti