COP29

“Mən həmişə burada oynamaq arzusunda idim, hər kəsin belə şansı olmur”

28 Avqust 01:30 İspaniya 458
“Mən həmişə burada oynamaq arzusunda idim, hər kəsin belə şansı olmur”

“Real”ın hücumçusu Vinisius Junior “kral klubu”nda oynayarkən yaşadığı duyğulardan söz açıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu həmişə bu klubda oynamaq arzusunda olduğunu bildirib:

“Mən həmişə burada oynamaq arzusunda idim. Ona görə də “Real”dakı hər anımı son anım kimi dəyərləndirirəm.

İstənilən futbolçu dünyanın ən güclü klubunun bir hissəsi kimi qalib gəlmək istəyir.

İndi 24 yaşım var, eyni ruhda davam edib tarix yazmaq istəyirəm. Hər kəsin belə şansı olmur”.

Vinisius bu il “qızıl top”a əsas namizədlərdən biridir. O, ötən mövsüm “Real”la birlikdə İspaniya çempionu və Çempionlar Liqasının qalibi olub.

Digər Xəbərlər
Xəbər Lenti