Azad agent statusunda olan “Çelsi”nin və “Barselona”nın sabiq müdafiəçisi Markos Alonso yeni iş yeri ilə bağlı qərar verib.
Sportinfo.az “Relevo”-ya istinadən xəbər verir ki, ispaniyalı futbolçu “Selta” ilə iki illik müqavilə imzalayıb.
O, transferi başa çatdırmaq üçün tezliklə tibbi müayinədən keçəcək.
33 yaşlı oyunçu 2023/24 mövsümündə “Barselona”nın heyətində 8 oyun keçirib və qol vurmayıb.