Neymarın “Barselona”ya qayıtmaq istəyi ilə bağlı mətbuatda məlumatlar yer alıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçunun nümayəndəsi bu xəbərlərə münasibət bildirib:
“Neymarın “Barselona”ya keçmək istəyi ilə bağlı nəşrlərdə yazılanlar yalan və “Əl-Hilala”, eləcə də futbolçunun özünə böyük hörmətsizlikdir.
Neymarın klubla etibarlı müqaviləsi var, o, hər şeydən razıdır və tezliklə meydana qayıtmalıdır”.
Neymar ötən yay PSJ-dən “Əl-Hilal”a keçib. O, zədə səbəbindən 2023-cü ilin oktyabrından meydana çıxmayıb.