COP29

“Ora “R” hərfini əlavə etməli olacaqlar” - Başqalarına “meydan oxudu”

21 Avqust 18:40 İspaniya 903
“Ora “R” hərfini əlavə etməli olacaqlar” - Başqalarına “meydan oxudu”

“Real”ın hücumçusu Rodriqo Kilian Mbappenin gəlişindən sonra arxa plana keçmək fikrində deyil.

Sportinfo.az “A Bola”-ya istinadən xəbər verir ki, braziliyalı futbolçu, meydanda olan hər kəsin komanda üçün vacib olduğunu bildirib:

“Komandamızın necə inkişaf etdiyini bəyənirəm. İnsanlar Bellingem-Mbappe-Vinisius üçlüyündən danışsalar da, ora “R” hərfini əlavə etməli olacaqlar.

“Real”ın hücumçu dördlüyü və komandanın qalan hissəsi var. Meydanda olan hər kəs komanda üçün vacibdir”.

“Real” İspaniya çempionatının açılış turunda səfərdə “Malyorka” ilə qarşılaşıb. 1:1 hesablı bərabərliklə başa çatan qarşılaşmada Madrid klubunun yeganə qolunu Rodriqo vurub.

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…