COP29

“Barselona”nın hücumçusuna indi iki iddiaçı var

21 Avqust 12:20 İspaniya 406
“Barselona”nın hücumçusuna indi iki iddiaçı var

“Barselona” hücumçu Vitor Roke ilə bağlı qərar verməlidir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubu əsas heyətə düşməyən braziliyalı futbolçu ilə ayrılmağa hazırdır.

19 yaşlı forvarda iki iddiaçı var – “Sportinq” və “Betis”.

Portuqaliya klubu Roke üçün transfer bonusları da daxil olmaqla, “Barselona”ya təxminən 30 milyon avro təklif edir.

“Betis” isə onu icarəyə götürmək və La Liqada özünu göstərməsi üçün daha bir şans vermək niyyətindədir.

Vitor Roke “Barselona”nın heyətində bütün yarışlarda keçirdiyi 16 matçda 2 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…