COP29

Həyatında baş verən son hadisələr haqda isənədli film çəkir

19 Avqust 12:20 İspaniya 389
Həyatında baş verən son hadisələr haqda isənədli film çəkir

“Real"ın yeni hücumçusu Kilian Mbappe PSJ-nin futbolçusu olduğu 2023-cü ilin yayından bəri həyatında baş verən hadisələri işıqlandıracaq sənədli film hazırlayır.

Sportinfo.az xəbər verir ki, bu barədə “Relevo” nəşri məlumat yayıb.

Qeyd olunur ki, filmdə Mbappenin PSJ-dəki son ayları və Madrid klubuna keçidi təsvir olunacaq.

Layihəyə 25 yaşlı hücumçunun ailəsi ilə yaxın əlaqələri olan fransız prodüser Antuan Le Roy rəhbərlik edir.

İyunun 3-də Mbappe rəsmi olaraq “Real Madrid”in oyunçusu olub. Klub iyulun 16-da “Santyaqo Bernabeu” stadionunda forvard üçün təntənəli təqdimat mərasimi keçirib.

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…