COP29

17 yaşlı müdafiəçi keçmiş və indiki baş məşqçiləri müqayisə etdi

19 Avqust 00:20 İspaniya 376
17 yaşlı müdafiəçi keçmiş və indiki baş məşqçiləri müqayisə etdi

“Barselona”nın müdafiəçisi Pau Kubarsi klubun hazırkı baş məşqçisi Hans-Diter Fliklə keçmiş çalışdırıcısı Xavi Hernandesi müqayisə edib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, hər iki məşqçinin oxşar cəhətlərinin çox olduğunu söyləyib:

“Flik və Xavi arasında müqayisə? Hər ikisi hücum futbolu oynamaq istəyir.

Hər ikisinin tələbləri çox yüksəkdir. Düşünürəm ki, onlar bir çox cəhətdən oxşardırlar”.

17 yaşlı müdafiəçi ötən mövsüm Xavinin rəhbərliyi altında yaxşı çıxış edib. Yayda Xavini Flik əvəz edib və onunla Kataloniya komandası La Liqanın ilk turunun “Valensiya” ilə matçında qalib gəlib (2:1).

Kubarsi bu oyunda start heyətdə meydana çıxıb və 64-cü dəqiqədə onu Andreas Kristensen əvəzləyib.

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…