COP29

Ərəblər 100 milyon avrodan çox pul təklif etdi, “Real” razılaşmadı

19 Avqust 00:00 İspaniya 346
Ərəblər 100 milyon avrodan çox pul təklif etdi, “Real” razılaşmadı

“Real” müdafiəçisi Eder Militaonu satmağa razı olmayıb.

Sportinfo.az” xarici mediaya istinadən xəbər verir ki, Madrid klubu Səudiyyə Ərəbistanından 26 yaşlı futbolçu üçün 100 milyon avrodan çox təklifi rədd edib.

Braziliyalı 2019-cu ildən Madrid təmsilçisində çıxış edir. Bu müddət ərzində Militao 156 oyuna çıxıb, 11 qol vurub və 5 qolun ötürməsini verib.

Onun müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…