COP29

"Qarabağ"da çıxış etmiş futbolçunu 8 milyon avroya aldılar

17 Avqust 09:00 İspaniya 7 036
"Qarabağ"da çıxış etmiş futbolçunu 8 milyon avroya aldılar

"Qarabağ"ın sabiq legioneriBoyan Miovski karyerasını İspaniya La Liqasında davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, "Jirona" 25 yaşlı forvardı"Aberdin"dən transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

La Liqa təmsilçisi şimali makedoniyalı forvard üçün Şotlandiya klubuna 8 milyon avro təzminat ödəyib. Miovski "Jirona" ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Boyan Miovski 2017/2018 mövsümünün birinci yarısını "Qarabağ"ın U-19 komandasının heyətində keçirib.

Şimali Makedoniya millisinin üzvü Ağdam təmsilçisinin heyətində UEFA Gənclər Liqasında 3 rəsmi matçda meydana çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…