COP29

İki futbolçusu ərəblərin təklifinə “yox” dedi - “Barselona”nın

16 Avqust 18:40 İspaniya 1 290
İki futbolçusu ərəblərin təklifinə “yox” dedi - “Barselona”nın

“Barselona”nın iki futbolçusu Səudiyyə Ərəbistanından sərfəli təklif alıb.

Sportinfo.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, Rafinya və İlkay Gündoğan Səudiyyə Ərəbistanı klubları ilə çox bahalı müqavilələr bağlaya bilər.

Lakin hər iki futbolçu “Barselona”da qalmaq üçün Səudiyyə Ərəbistanına köçməkdən imtina edib.

Kataloniya klubunun Rafinyanı satıb, Gündoğanı saxlamaq istədiyi deyilirdi. Braziliyalı futbolçunun “Mançester Yunayted”ə keçəcəyi ilə bağlı xəbərlər yayılıb.

27 yaşlı Rafinya “Lids”in heyətində İngiltərə Premyer Liqasında çıxış edib. O, iki il əvvəl “Çelsi”yə keçə bilərdi, amma sonda “Barselona”nı seçib.

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…