COP29

“Çox çalışmaq lazımdır, bundan sonra bəhrəsini alacağıq” – Klub prezidenti

15 Avqust 21:20 İspaniya 416
“Çox çalışmaq lazımdır, bundan sonra bəhrəsini alacağıq” – Klub prezidenti

“Real“ avqustun 14-də UEFA superkubokunu qazanıb.

Sportinfo.az “Marca”-ya istinadən xəbər verir ki, uğurlu nəticədən sonra Madrid klubunun prezidenti Florentino Peres açıqlama verib:

“İkinci hissədə etdiyimiz kimi sürət və güc nümayiş etdirəndə, qələbə normaldır. İki qol vurduq, amma daha çox qol vura bilərdik.

Bu qələbə və bu titul çətin mövsüm öncəsi bizə güc verəcək.

Keçən il olduğu kimi, çox çalışmaq lazımdır, bundan sonra bəhrəsini alacağıq. Bizim əla komandamız var”.

“Real” “Atalanta”ya 2:0 hesabı ilə qalib gəlib. Madrid klubu növbəti matçını avqustun 18-də səfərdə “Malyorka” ilə keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…