COP29

“İndi və ya heç vaxt!” - “Barselona”nın transfer tələbi

30 İyul 21:20 İspaniya 791
“İndi və ya heç vaxt!” - “Barselona”nın transfer tələbi

“Barselona” “Atletik”in vingeri Niko Uilyamsın transferinə yaxınlaşır.

Sportinfo.az “TodoFichajes”-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu daha bir mövsümü “Atletik”də keçirərək, “Barsa”ya keçidin bir il təxirə salınmaq imkanına baxır.

“Barselona” bu fikirlə razılaşmayıb, Uilyamsı dərhal almaq qərarına gəlib.

Kataloniya klubu oyunçunun agentinə gələn yay transfer variantının olmadığını bildirib: “İndi və ya heç vaxt”.

“Atletik” Niko Uilyamsı saxlamağa çalışacaq, ona qazancında əhəmiyyətli artım təklif olunacaq.

Digər Xəbərlər
Xəbər Lenti