COP29

“Barselona” yeni təklif hazırlayır – Hədəfindəki ispan üçün

29 İyul 22:00 İspaniya 506
“Barselona” yeni təklif hazırlayır – Hədəfindəki ispan üçün

“Barselona” “Leyptsiq”in yarımmüdafiəçisi Dani Olmonun yaxınları ilə ünsiyyətini davam etdirir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubu ispaniyalı futbolçunun transferi üçün yeni təklif hazırlayır.

“Barselona”nın yetirməsi kluba qayıtmağa açıqdır, lakin bunun üçün kataloniyalılar Almaniya klubu ilə təzminat məbləğini razılaşdırmalıdır.

Daha əvvəl “Leyptsiq”in yarımmüdafiəçisi üçün 60 milyon avro tələb edəcəyi bildirilirdi.

“Barselona”nın əsas hədəfinin Niko Uilyams olduğu bildirilir. Lakin bu baş tutmasa, kataloniyalılar 26 yaşlı futbolçunu transfer etmək üçün əllərindən gələni edəcəklər.

Digər Xəbərlər
Xəbər Lenti