İspaniyalı qapıçı David de Xea “Mançester Yunayted”də oynayarkən karyerasını bitirməyi düşünüb.
Sportinfo.az “The Athletic”-ə istinadən xəbər verir ki, 33 yaşlı qolkiper “qırmızı şeytanlar”ın baş məşqçisi Erik ten Haqın ona qarşı sərt münasibəti səbəbindən butsularını asmaq istəyib.
De Xea niderlandlı mütəxəssislə münasibətlərinin pis olması səbəbindən ötən yay MY-dən ayrılmışdı.
De Xea İngiltərə klubundan ayrıldıqdan sonra artıq bir ildir ki, azad agent statusundadır. İspaniyalı futbolçunun karyerasını Səudiyyə Ərəbistanı çempionatında davam etdirmək variantları var.