İspaniya millisinin sabiq üzvü Alberto Moreno yenidən legioner həyatı yaşayacaq.
Sportinfo.az xəbər verir ki, 32 yaşlı müdafiəçi “Komo”ya keçib.
O, uzun illərdən sonra A seriyasına qayıdan klubla 1 illik müqavilə imzalayıb.
Morenonu İtaliya klubunun baş məşqçisi Sesk Fabreqas şəxsən komandasına dəvət edib.
Müdafiəçi əvvəllər “Liverpul”, “Sevilya” klublarında oynayıb. Onun sonuncu komandası “Vilyarreal” idi.