COP29

“Barsa” 58 milyon avroluq sərbəstqalma məbləğini ödəməyə hazırdır – Millinin vingeri üçün

20 İyul 18:20 İspaniya 1 144
“Barsa” 58 milyon avroluq sərbəstqalma məbləğini ödəməyə hazırdır – Millinin vingeri üçün

"Atletik"in futbolçusu Niko Uilyams La Liqada klubunu dəyişməyə yaxındır.

Sportinfo.az xəbər verir ki, "Barselona" ispaniyalı vingeri transfer etmək istəyir.

Bu barədə yerli mətbuat məlumat yayıb.

Kataloniya təmsilçisi 22 yaşlı futbolçu ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb. "Barselona" Bilbao klubuna futbolçunun sözləşməsində yer alan 58 milyon avroluq sərbəstqalma məbləğini ödəməyə hazırdır.

Niko Uilyams "Atletik"in yetirməsidir. İspaniya millisinin üzvü ötən mövsüm La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 37 rəsmi matçda 8 qol və 19 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?