COP29

75 min adam gəldi, “Real” Mbappeni təqdim etdi – VİDEO+FOTOLAR

16 İyul 18:20 İspaniya 990
75 min adam gəldi, “Real” Mbappeni təqdim etdi – VİDEO+FOTOLAR

Fransa millisinin hücumçusu Kilian Mbappe “Real” ilə müqavilə imzalayıb.

Sportinfo.az İspaniya mətbuatına istinadən xəbər verir ki, klub bu gün “Santyaqo Bernabeu” stadionunda forvard üçün təntənəli təqdimat mərasimi keçirib.

Mərasimdə 75.000-dən çox tamaşaçı və “Real”ın sabiq baş məşqçisi Zinəddin Zidan iştirak ediblər.

Futbolçu ilə 5 illik müqavilə imzalanıb. O, klubda 9 nömrəli formada çıxış edəcək.

Kilian Mbappe 2017-ci ildən PSJ-də çıxış edirdi. İyunun 3-də “Real” Mbappeni transfer etdiyini açıqlayıb. Futbolçu kluba azad agent kimi keçib.

Madrid “Real”ı ötən mövsüm Çempionlar Liqası, ölkə çempionatı və İspaniya Superkubokunda qələbə qazanıb.







Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?