COP29

“Onu çox yaxşı tanıyıram, inanılmaz istedadı var, gələcəkdə əsl superulduza çevriləcək”

15 İyul 22:00 İspaniya 642
“Onu çox yaxşı tanıyıram, inanılmaz istedadı var, gələcəkdə əsl superulduza çevriləcək”

İspaniya millisinin yarımmüdafiəçisi Rodri Hernandes İngiltərə yığmasının üzvü Koul Palmerin AÇ-2024-ün finalındakı çıxışını şərh edib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu, Palmerin gələcəkdə ulduza çevriləcəyini bildirib:

“Biz bilirdik ki, İngiltərə millisi heç-heçəyə nail olmaq üçün yaxşı futbol oynamalı deyil.

Palmer? Mən onu çox yaxşı tanıyıram. Onun inanılmaz istedadı var. Palmer gələcəkdə əsl superulduza çevriləcək”.

Rodri Avropa çempionatının ən yaxşı oyunçusu seçilib. Palmer “Çelsi”yə keçənə qədər Rodri ilə birlikdə “Mançester Siti”də oynayıb.

“Çelsi”nin futbolçusu ikinci hissədə meydana çıxaraq hesabı bərabərləşdirsə də, sonda İspaniya millisi qələbə qazanıb – 2:1.

Digər Xəbərlər
Xəbər Lenti