COP29

“Real”ı İngiltərənin top-klubuna dəyişəcək?

15 İyul 15:40 İspaniya 631
“Real”ı İngiltərənin top-klubuna dəyişəcək?

Ukraynalı qapıçı Andrey Lunin başa düşür ki, Tibo Kurtua zədəsini bərpa etdikdən sonra o, “Real”da oynamayacaq. Buna görə də, Lunin elə bu yay klubunu dəyişə bilər.

Sportinfo.az “TodoFichajes”-ə istinadən xəbər verir ki, Lunini transfer etmək üçün mübarizədə “Liverpul” öndədir.

Mersisaydlılar yaxın vaxtlarda əsas qapıçısı Alisson Bekkeri itirə bilər. Braziliyalı futbolçu Səudiyyə Ərəbistanına köçməyə yaxındır. 25 yaşlı Lunin “Liverpul”da Alissonu əvəz edə bilər.

“Transfermarkt” portalı Andrey Lunini 25 milyon avro qiymətləndirir.

Digər Xəbərlər
Xəbər Lenti