“Real "ın hücumçusu Kilian Mbappe yeni mövsümün başlanğıcı öncəsi tanınmış fitnes məşqçisi Antonio Pintusla birlikdə çalışacaq.
Sportinfol.az xəbər verir ki, bu barədə İspaniyanın “AS” nəşri məlumat yayıb.
Bildirilib ki, Pintus fransalı futbolçunun əvvəlki formasına qayıtması üçün lazım olan “Kriştiano Ronaldo üslubunda” proqramı hazırlayıb.
İyulun 16-da “Santyaqo Bernabeu” stadionunda Mbappenin təqdimat mərasimi baş tutacaq. Futbolçunun həmyerlisi, “Real Madrid”in keçmiş baş məşqçisi Zinəddin Zidan da təqdimata dəvət olunub.